“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının üzvü işdən çıxıb

“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının üzvü işdən çıxıb
# 14 iyun 2016 14:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Econmics. “Bank VTB (Azərbaycan)”ın rəhbərliyində dəyişiklik baş verib.

APA-Economics” xəbər verir ki, Anna Skrınçenko Müşahidə Şurasının tərkibindən çıxarılıb. Onun yerinə bu yaxınlarda təyinat olacaq.

Qeyd edək ki, A. Skrınçenko 2012-ci ildə “Bank VTB (Azərbaycan)” Müşahidə Şurasının üzvü təyin edilib. 2001-2003-cü illərdə Bank “Sentyaloye OBK”, Emissiya-kassa əməliyyatları şöbəsinin/Pərakəndə xidmətlərin tətbiqi şöbəsinin, Müştərilərlə iş idarəsinin/Aktiv-passiv əməliyyatlar idarəsinin aparıcı ekspert, böyük ekspert, 2003-2005-ci illərdə Bank “Petrokommers” ASC, Pərakəndə biznes/məhsullar departamentinin, Layihələr idarəsinin Müştəri xidmətləri şöbəsinin müdiri, Layihə rəhbəri, baş mütəxəssisi, 2005-2011-ci illərdə “Vneştorqbank” Xarici Ticarət bankı (ASC), Üçüncü korporativ blokun direktoru, Korporativ inkişaf və strategiya idarəsinin direktoru, Pərakəndə blokun Pərakəndə satışlar idarəsinin direktoru vəzifəsində çalışıb. 2011-ci ildən bu günə qədər Bank VTB 24 (QSC), Regionlar üzrə direktor, vitse-prezident, VTB Qrupunun törəmə banklarında Pərakəndə biznesin inkişaf idarəsinin regionlar üzrə direktoru vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR