Azərbaycanda quraşdırılan bankomatların yarıdan çoxu Bakının payına düşür

Azərbaycanda quraşdırılan bankomatların yarıdan çoxu Bakının payına düşür
# 16 aprel 2015 07:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il martın 1-nə 2 622 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 4 ədəd və ya 0,2% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 195 ədəd və ya 8,03% çoxdur.

Cari ilin martın 1-nə bankomatların 1 477-si (keçən ilə nəzərən 8,36% artımla) Bakı şəhərində, 1 145-i (keçən ilə nəzərən 7,61% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR