Egey dənizində yerli vaxtla saat 02:42-də 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Egey dənizi olub. Yeraltı təkanlar Muğla vilayətinin Bodrum rayonundan 66,74 kilometr məsafədə, 9,43 kilometr dərinlikdə baş verib.