"SOCAR-Polymer" zavodunun tikintisində iştirak edəcək podratçılarla müqavilə gələn həftə imzalanacaq

"SOCAR-Polymer" zavodunun tikintisində iştirak edəcək podratçılarla müqavilə gələn həftə imzalanacaq
# 07 aprel 2015 09:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprelin 14-də Bakıda “Maire Tecnimont” S.p.A və “Kinetics Technology” S.p.A podratçı şirkətləri ilə SOCAR arasında polipropilen zavodunun tikintisi ilə bağlı müqavilə imzalanacaq.

APA-Economics”in məlumatına görə, bununla bağlı “Maire Tecnimont” şirkəti bəyanat yayıb.

Məlumata görə, imzalanma mərasimində Azərbaycan və İtaliya hökumət nümayəndələrinin iştirak edəcək.

Ümumi dəyəri təxminən 350 mln. avro dəyərində olan müqavilə layihələndirmə xidmətlərinin göstərilməsini, avadanlıq və material təchizatının təmin olunmasını, tikinti fəaliyyətinə nəzarəti nəzərdə tutur.

Xatırladaq ki, layihəyə əsasən Sumqayıt Kimya Sənaye Parkında polipropilen və polietilen istehsalı üzrə zavodların tikintisi nəzərdə tutulur. Zavodlarda polietilen istehsalı illik 120 min ton, polipropilen istehsalı isə 180 min ton təşkil edəcək. 2016-cı ildə polipropilen istehsalına başlanması nəzərdə tutulur. İstehsal olunan məhsulların Türkiyə və Qərbi Avropa bazarlarına ixracı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR