“Cumhuriyet” qəzeti: Ərdoğanın oğlu İtaliyaya köçüb - FOTO

“Cumhuriyet” qəzeti: Ərdoğanın oğlu İtaliyaya köçüb - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 12:03 (UTC +04:00)


Türkiyənin “Cumhuriyet” qəzetinin məlumatla bağlı apardığı araşdırma zamanı Bilal Ərdoğanın İtaliyaya köçdüyü təsdiqlənib. APA-nın qəzetə istinadən xəbərinə görə, Bilal Ərdoğan 2007-ci ildə Con Hopkins Universitetinin Bolonya filialında doktorantura təhsili alıb. O, bəzi səbəblərdən universitetdən möhlət götürüb, Türkiyəyə qayıdıb. Bu yaxınlarda isə Bolonyaya qayıdaraq, təhsilini bərpa edib.

Məlumatda Bilal Ərdoğanın xahişi ilə İtaliya hökumətinin onun üçün mühafizə ayırdığı da vurğulanıb. Ona İtaliyada 3-4 il müddətinə yaşamaq icazəsi verildiyi ehtimal olunur. Artıq Bilal Ərdoğanın övladlarının da bu ölkədə məktəbə yazıldığı bildirilir.

O, təhsilini bərpa etməklə bağlı müraciəti 7 iyun seçkilərindən sonra edib. Ərdoğan Bolonyada təhsil alsa da, Modena şəhərində bir ünvan yaşayış yeri kimi qeyd olunub. Qəzetin əməkdaşları göstərilən ünvana baş çəkiblər, ancaq Ərdoğan və ailə üzvlərinin həmin ünvanda yaşadığına dair heç bir əlamət tapa bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR