Azərbaycan telekanallarında bədii şuraların yaradılması prosesi 2013-cü il ərzində başa çatdırılacaq

Azərbaycan telekanallarında bədii şuraların yaradılması prosesi 2013-cü il ərzində başa çatdırılacaq
# 15 aprel 2013 08:37 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Yaxın bir ay ərzində Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi iclasları keçiriləcək. Bu barədə APA-ya MTRS sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, xüsusi iclaslar milli serialların çəkilməsi ilə əlaqədar ölkə prezidenti tərəfindən ayrılan vəsaitin bölünməsinə və dilçiliyin inkişafına dair Dövlət Proqramında MTRŞ-nın üzərinə düşən vəzifələrə həsr olunacaq.

Şura sədri deyib ki, Dövlət Proqramında telekanallarda bədii şuraların yaradılması nəzərdə tutulur. Bu proses 2013-cü il ərzində başa çatdırılacaq: “Seriallar üçün ayrılan vəsaitin necə bölünməsi üzərində də ciddi düşünüləcək. Telekanallar serial çəkilişləri üçün ayrılan ilk vəsaitdən hazırlıq mərhələsi kimi istifadə etdi. Bu mərhələdə isə serialların çəkilməsinə çox ciddi nəzarət ediləcək. Ümumiyyətlə, bu mərhələ Azərbaycanda serial çəkilişlərində keyfiyyət mərhələsi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR