Avropa İttifaqı Böyük Britaniyanı qurumdan çıxmağı tezləşdirməyə çağırıb

Avropa İttifaqı Böyük Britaniyanı qurumdan çıxmağı tezləşdirməyə çağırıb
# 24 iyun 2016 13:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqı liderləri Böyük Britaniyada keçirilən referendumla bağlı birgə bəyanat yayıblar.

APA-nın Aİ-nin saytına istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən ölkə qismində Hollandiyanın baş naziri Mark Ryütte tərəfindən imzalanan birgə bəyanatda Böyük Britaniya hökumətinə referendumun nəticəsini tez bir zamanda reallaşdırmaq çağırışı əksini tapıb:

“Azad və demokratik şəkildə Britaniya xalqı öz qərarını verdi. Biz buna təəssüf etsək də, hörmətlə yanaşırıq. Biz, 27 ölkə olaraq, fəaliyyətimizi davam etdirəcəyik. Nə qədər ağrılı proses olsa da, biz Birləşmiş Krallıq hökumətini mümkün qədər tez bu qərarı həyata keçirməyə çağırırıq. İstənilən təxirəsalınma qeyri-müəyyənliyi uzada bilər. Biz Britaniya hökuməti ilə onun Aİ-dən çıxmasının şərt və tələbləri barədə təcili danışıqlara başlamağa hazırıq. Bu proses bitənə kimi Birləşmiş Krallıq bütün öhdəlik və hüquqları ilə Aİ-nin tamhüquqlu üzvüdür. Biz Birləşmiş Krallığın gələcəkdə Aİ-nin ən yaxın tərəfdaşı olacağına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR