Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib - FOTO

Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 03 may 2013 14:04 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Astara Mərkəzi Rayon Xəstəxanasının binasında vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbula Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından sakinlər də qatılıb. Otuz beş nəfərədək vətəndaş nazirə müxtəlif məsələlərlə bağlı müraciət edib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlərin isə həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR