“PAŞA Bank”ın aktivləri artıb

“PAŞA Bank”ın aktivləri artıb
# 12 noyabr 2014 12:01 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 1 mlrd. 38,985 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 52,07% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,58% artaraq 425,847 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 58,27% artaraq 436,853 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 48,38% artaraq 350,446 mln. manata çatıb, nizamnamə kapitalı isə 46,05% artaraq 333 mln. manat təşkil edib.

Cari ilin III rübü ərzində bankın əldə etdiyi mənfəət 12,393.50 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR