Prezident İlham Əliyev Füzuli rayonunda yeni avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Füzuli rayonunda yeni avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb
# 30 avqust 2014 15:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR