“Best InvestOR” yarışmasının qalibləri müəyyən olub

“Best InvestOR” yarışmasının qalibləri müəyyən olub
# 01 sentyabr 2014 13:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün “InvestAZ” şirkəti “Best InvestOR” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumi uduş fondu 3 500 ABŞ dollar olan “Best InvestOR” müsabiqəsində Adil Əliyev 31 490,30 dollar nəticəni sərgiləməklə 1-ci yeri qazanıb. Qalibə mükafat qismində 2 000 dollar məbləğində real hesab təqdim olunacaq.

Müsabiqədə 2-ci yerin qalibi 19 396,97 dollar nəticə göstərmiş Ukrayna vətəndaşı Leonid Palamarthukinə 1 000 dollar və 18 081,82 dollar nəticə 3-cü yeri tutmuş Fərid Nəcəfov 500 dollar məbləğində real hesab təqdim olunacaq.

Müsabiqənin şərtlərinə görə, qeydiyyatdan keçən iştirakçılar ödənişsiz olaraq “InvestAZ” MT4 ticarət platformasını kompüterlərinə yükləyirlər. Ticarət platforması yükləndikdən sonra hər bir iştirakçıya beynəlxalq birjalarda ticarət əməliyyatları həyata keçirmək üçün 3000 dollar məbləğində təlim hesabı açılır. Neft, Qızıl, müxtəlif ölkələrin valyuta və səhmləri ilə ticarət edən iştirakçılar müsabiqənin son gününə kimi təlim hesabının balansında 10 000 dollardan çox vəsait toplamalıdırlar. Qeyd olunan məbləği toplamış 3 iştirakçı müsabiqənin qalib elan olunur.

Növbəti “Best InvestOR” müsabiqəsində iştirak etmək istəyən iştirakçılar http://konkurs.foreks.az/contest/ saytından qeydiyyatdan keçməklə müsabiqəyə qatıla bilərlər.

Qeyd edək ki, “InvestAZ” şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR