"Peugeot" və "Citroen"in satışları azalıb

"Peugeot" və "Citroen"in satışları azalıb
# 12 iyul 2016 12:42 (UTC +04:00)

Bakı - APA-Economics. "PSA Group" bu ilin birinci yarısında satışlarını 0,2% azaldıb.

"APA-Economics" xəbər verir ki, "Peugeot" və "Citroen" istehsalçısı yanvar-iyun ərzində satdığı avtomobillərin sayını 1 milyon 540 min ədədədək endirib.

Beləliklə, şirkət əsas rəqibi olan "Renault"dan geri qalıb.

Maraqlıdır ki, "PSA Group"un satışları Çin və Cənub-Şərqi Asiyada 20% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR