Minskdə Ukrayna üzrə Təmas qrupunun növbəti görüşü keçiriləcək

Minskdə Ukrayna üzrə Təmas qrupunun növbəti görüşü keçiriləcək
# 21 sentyabr 2015 23:36 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 22-də Minskdə Ukraynada vəziyyətin nizamlanması üzrə Təmas qrupunun və onun işçi altqruplarının növbəti danışıqlar raundu keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, danışıqların əsas mövzusu dəyişilməz olaraq qalmaqdadır.

Növbəti danışıqlarda Donbasda yerli seçkilərin keçirilməsi, Konstitusiya islahatı, Minsk razılaşmalarının yerinə yetirilməsi və 100 mm və daha az çaplı silahların geri çəkilməsi məsələləri diqqət mərkəzində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR