Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib - FOTO - VİDEO

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 22:08 (UTC +04:00)

APA-nın məlumatlna görə, hadisə Babək prospektində qeydə alınıb.

“10 XS 105” dövlət nömrə nişanlı “Mercedes”in sürücüsü idarə etdiyi avtomobillə “Maşın bazarı”ndan üzü şəhər istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılaraq qarşı yola çıxıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Sürücü isə ifadəsinin alınması üçün yol polisi şöbəsinə dəvət olunub.

Qəzanın əsl səbəbi hadisə yerinə yaxın quraşdırılmış “Təhlükəsiz şəhər” kamerasının görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR