Bakı aeroportu "Formula-1" müddətində 118 mindən çox sərnişinə xidmət göstərib

Bakı aeroportu "Formula-1" müddətində 118 mindən çox sərnişinə xidmət göstərib
# 24 iyun 2016 14:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyunun 10-dan 22-dək Bakıda "Formula-1" Avropa Qran-prisi yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.

Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.

“Formula-1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.

Yarış müddətində "Silk Way West Airlines", "Cargolux" və "Nippon Cargo Airlines" yük aviaşirkətləri bolid və digər "Formula-1" avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan artıq təşkil edib.

Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri - "Formula-1" Avropa Qran-pri yarışı uğurla başa çatıb. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR