Bakının Binəqədi rayonunda yanğın olub

Bakının Binəqədi rayonunda yanğın olub
# 09 iyul 2016 01:22 (UTC +04:00)

Bakı-APA. Bakının Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli bir dam altında yerləşən iki vətəndaşa məxsus müxtəlif təyinatlı obyektlərin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR