Samuxda ev, Xaçmazda tövlə yanıb

Samuxda ev, Xaçmazda tövlə yanıb
# 29 mart 2013 06:30 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Martın 28-də axşam saatlarında Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, rayonun Hacılar kənd sakini, 1978-ci il təvəllüdlü Həmzə Əliyevə məxsus ümumi sahəsi 80 kvadrat metr olan tövlənin yanar konstruksiyaları və həyətyanı sahəyə yığılan 600 kq ot bağlaması yanıb.

Yanğının söndürülməsinə Xaçmaz Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Samux rayonunda isə yaşayış evində yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Poylu kəndində vətəndaşa məxsus, ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR