Elmar Məmmədyarov ABŞ-ın nəqliyyat komandanını qəbul edib - FOTO

Elmar Məmmədyarov ABŞ-ın nəqliyyat komandanını qəbul edib - <span style="color: red;">FOTO
# 01 may 2013 15:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı, general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə və nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Tərəflər 2014-cü ildə Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesində Azərbaycan ərazisindən keçən regional nəqliyyat dəhlizlərindən istifadə imkanları barədə də fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR