® Azərbaycanda abituriyentləri ali məktəblərə hazırlayan ilk onlayn təhsil proqramının təqdimatı olub

<font color=red>® </font>  Azərbaycanda abituriyentləri ali məktəblərə hazırlayan ilk onlayn təhsil proqramının təqdimatı olub
# 29 oktyabr 2015 06:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycanda abituriyentləri ali məktəblərə hazırlayan ilk onlayn təhsil proqramı - 700.az layihəsinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən 700.az-ın həmtəsisçisi və direktoru Tələt Kalayev layihə barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, hər bir dərsdən sonra həmin dərsə aid 10 test sualı mövcuddur: “Eyni zamanda, 700.az saytında TQDK tərəfindən ümumi sınaq imtahanı keçiriləcək. Bütün dərslər və məlumatlar Azərbaycan dilindədir. Seçilmiş qrupda hər fəndən ilk 2 dərs olmaqla 10 dərs pulsuzdur. Bütün dərslərə baxmaq üçün abunə olmaq lazımdır. Qeyd edim ki, bir fənnin bir illik abunə haqqı 80 manat, bir qrupun (5 fənn) bir illik abunə haqqı isə cəmi 250 manatdır. Ödənişləri onlayn üsulla MasterCard, VisaCard, Albalı Kart, BolKart, MilliÖn terminalları vasitəsilə və bizim ofislərdə etmək mümkündür”.

Direktor bildirilib ki, 700.az abituriyentlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul proqramına onlayn hazırlaşmağa kömək edən və Azərbaycanın ən təcrübəli müəllimlərini virtual olaraq evə gətirən innovativ vasitədir: “TQDK-nın proqramına daxil olan bütün fənn blokları üzrə ölkənin təcrübəli müəllim heyəti 700.az onlayn təhsil proqramına cəlb edilib. Onların iştirakı ilə hazırlanmış video dərslər sayt vasitəsilə abituriyentlərin istifadəsinə verilib. 700.az təhsil proqramı çərçivəsində ali məktəblərə hazırlaşan gənclərin hazırlıq səviyyəsi izlənilir, valideynlər və müəllimlər bu barədə məlumatlana bilir. Ölkədən kənarda belə dərsləri izləmək, dərs materiallarını rahat əldə etmək və sualları günün istənilən vaxtında forumda və ya müəllimlərdən soruşmaq imkanı var”.

T. Kalayev əlavə edib ki, proqramda mütəmadi sınaq imtahanları abituriyentlərin biliklərini yeniləməsinə və özünü yoxlamasına kömək olacaq: “700.az veb səhifəsinə yer alan Forum müəllim, abituriyent və valideynlərin ünsiyyət saxlaması, dərs proqramı ilə bağlı suallara cavab tapması üçün çox faydalıdır. İnnovativ təhsil metodu əlilliyi olan gənclər üçün də səmərəlidir. Onlar vaxtlarına qənaət etməklə 700.az vasitəsi ilə təhsil alaraq ali məktəbə qəbul olmaq imkanı əldə edəcəklər”.

T. Kalayev qeyd edib ki, məktəb saatlarından sonra asudə vaxtlarını daha səmərəli keçirmək və ali məktəbə yüksək balla qəbul olmaq istəyən gənclərin hazırlığına 700.az onlayn təhsil proqramı zəmanət verir. Video dərslərə günün istənilən saatı və istədiyiniz qədər baxmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR