Bank Of Baku

“Hizbullah” Livan hakimiyyətini İsraillə danışıqları dondurmağa çağırıb

“Hizbullah” Livan hakimiyyətini İsraillə danışıqları dondurmağa çağırıb
# 28 sentyabr 2026 03:20 (UTC +04:00)

Livan hökuməti ABŞ-ın vasitəçiliyi ilə İsraillə aparılan ikitərəfli danışıqlarda heç bir nəticə əldə etməyib və əbəs güzəştlərə razılaşıb.

“Al Manar” telekanalının məlumatına görə, bunu “Hizbullah” təşkilatının baş katibi Şeyx Naim Qasım tərəfdarlarına televiziya müraciətində bildirib.

“Livan hakimiyyətinə İsrail tərəfinin aqressiv hərəkətlərini dayandıra bilməyən bu mənasız danışıqları dondurmağı tövsiyə edirik”, – deyə Naim Qasım bildirib.

O, eyni zamanda, Livan hökumətinin martın 2-də qəbul etdiyi və “Hizbullah”ın silahlı qanadını qanundankənar elan edən qərarların ləğv ediləcəyi təqdirdə hökumətlə dialoqu bərpa etməyə hazır olduqlarını açıqlayıb.

Naim Qasım həmçinin “Hizbullah” döyüşçülərinin ölkənin cənubunda İsrail qüvvələrinə qarşı müqaviməti davam etdirdiyini iddia edib.

“Dəstələrimiz üç ay ərzində Əli ət-Tahir yüksəkliklərindəki mövqeləri müdafiə edib. Bundan əvvəl onlar Bint-Cübeyl, Əl-Xiyam, Ayt əş-Şaab və Əl-Bayada rayonlarında döyüşərək qarşı tərəfin qüvvələrinin irəliləyişini ləngidə biliblər”, – deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR