SAM-ın nümayəndə heyəti Kolumbiya Universiteti və Stratfor beyin mərkəzində olub - FOTO

SAM-ın nümayəndə heyəti Kolumbiya Universiteti və Stratfor beyin mərkəzində olub - <span style="color: red;">FOTO
# 03 may 2013 07:17 (UTC +04:00)

Bakı – APA. Mayın 2-də Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, SAM-ın direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçiləri Kamal Makili-Əliyev və Heydər Mirzədən ibarət olan nümayəndə heyəti Kolumbiya Universitetinin Harriman İnstitutunda keçirilən dəyirmi masada iştirak ediblər.

SAM-dan APA-ya verilən məlumata görə, XİN-in mətbuat xidmətinin rəhbəri E. Abdullayev Azərbaycanın öz potensialını Cənubi Qafqaz regionunun inkişafına yönəltdiyini vurğulayaraq Ermənistan-Azərbaycan münaqişəsinin regionun bütövlükdə inkişafına maneə olduğunu bildirib. O, Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, bu ölkənin təcavüzkar siyasətinə dünya ictimaiyyətinin ədalətli reaksiya vermədiyini söyləyib. E. Abdullayev Azərbaycanın tarixi təşəbbüsləri sayəsində regionun geostrateji əhəmiyyətinin artması fonunda münaqişənin həlli üçün status-kvonun dəyişdirilməsinin zəruriliyini vurğulayıb.

Nümayəndə heyətinin digər üzvləri Stratfor beyin mərkəzində (Stratfor Strategic Forecasting Inc.) "Azərbaycan regionun enerji körpüsüdür" (Azerbaijan as economic energy transportation nexus in the region) mövzusunda seminar keçiriv. Seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzidir" (Azerbaijan is transport and logistics hub in the Center of Eurasia), aparıcı elmi işçi Gülmira Rzayeva "Xəzər hövzəsindən Avropanın dounstrim bazarına çıxış" (Connecting Caspian to the European downstream market), aparıcı elmi işçi Zaur Şiriyev "Azərbaycana geopolitik baxış" (Geopolitical view on Azerbaijan) və elmi işçi Şahmar Hacıyev "Amerikanın Azərbaycanla strateji əməkdaşlığa olan ehtiyacı" (America's Need for a Stronger Partnership with Azerbaijan) mövzusunda məruzələrlə çıxışlar ediblər.

Sonda Stratfor və SAM arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xatırladaq ki, SAM-ın 15 nəfərdən ibarət nümayəndə heyəti ABŞ-da rəsmi səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR