Bank Of Baku

Hörmüz boğazında tankerlər minaya düşüb

Hörmüz boğazında tankerlər minaya düşüb
# 09 oktyabr 2026 10:13 (UTC +04:00)

Hörmüz boğazının cənub keçidində bir neçə güclü partlayış baş verib. Tankerlərin dəniz minalarına düşdüyü ehtimal olunur.

Bu barədə İranın dövlət teleradio şirkəti hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar İran hakimiyyətinin icazə vermədiyi marşrutla hərəkət edən neft tankerlərinin minalara düşməsi nəticəsində baş vermiş ola bilər.

Minaya neçə gəminin düşdüyü, onların adları, eləcə də mümkün xəsarət alanlar və maddi ziyan barədə məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR