Rövnəq Abdullayev işində fərqlənən neftçiləri mükafatlandırıb

Rövnəq Abdullayev işində fərqlənən neftçiləri mükafatlandırıb
# 08 dekabr 2014 11:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) sentyabrın 20-də Neftçilər günü və noyabrda “Neft Daşları”nın 65 illiyi münasibəti ilə prezident İlham Əliyevin sərəncamı ilə işində fərqlənən neftçilərə verilən fəxri adların, orden və medalların təqdimetmə mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın enerji siyasəti uğurla davam etdirilir: “Bu il Azərbaycan Cənubi Qafqaz boru kəmərinin təməlini qoydu. Biz ümumi dəyəri 45-48 mlrd. dollar olan TANAP, TAP boru kəmərləri və “Şahdəniz” yatağı “Mərhələ-2”nin işlənməsi üzrə layihələri ilə neftin və qazın Avropaya çatdıracaq. Yeni quyuların qazılması işləri aparılır və bununla da neft və qaz hasilatını artırmağa çalışacağıq”.

R. Abdullayev deyib ki, gələn il ilkin mərhələdə dəyəri 8 mlrd. manata yaxın olan yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin, həmçinin Qaradağ rayonunda Qaz Emalı zavodunun tikintisinə başlayacaq.

Bundan sonra fəaliyyətində fərqlənən ARDNŞ-in müxtəlif qurumlarının işçiləri şöhrət, tərəqqi və digər medallarla təltif ediliblər.

Qeyd edək ki, prezidentin sərəncamı ilə “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birell də “Dostluq” ordeni ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR