Qətl törədən şagirdə hökm oxunub

Qətl törədən şagirdə hökm oxunub
# 04 mart 2015 09:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Elnur Heybətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Heybətov 9 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 14-də Xasməmməd Rəsulovun meyiti evində tapılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Elnur Heybətov tutulub. O, münaqişə zəminində hadisəni törətdiyini bildirib.

E. Heybətov hadisəni törədən zaman səkkizinci sinif şagirdi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR