Azərbaycanın rabitə və informasiya texnologiyaları Gəncədə əhali ilə regional görüş keçirəcək

Azərbaycanın rabitə və informasiya texnologiyaları Gəncədə əhali ilə regional görüş keçirəcək
# 15 aprel 2013 15:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 19-da Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı «Qaynar xətt», 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.


Eyni zamanda, Gəncə şəhərində keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR