Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi “Açıq Qapı günü” toplantısı keçiriləcək

Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi “Açıq Qapı günü” toplantısı keçiriləcək
# 09 iyul 2014 11:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İyulun 12-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ənənəvi “Açıq Qapı günü” toplantısı keçiriləcək. AFB-nin sədri Mirnaib Həsənoğlunun APA-ya verdiyi məlumata görə, toplantıda fotoqrafiyanın yaranmasının 175 illiyinə həsr olunmuş “Say Chesse” layihəsinin “Mənim ölkəm Şərq əməkdaşlığında” fotomüsabiqəsinin qalibləri elan olunacaq, müsabiqəyə təqdim olunan fotoların slayd-şousu göstəriləcək.

Tədbirdə 12 iyul Ümumdünya fotoqraf günü münasibəti ilə AFB-nin və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş Mərkəzinin birgə layihəsi olan “Dairə” fotomüsabiqəsinin qalibləri elan olunacaq, müsabiqəyə təqdim olunmuş fotolar nümayiş olunacaq.

M. Həsənoğlu bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq yeni müsabiqənin mövzusu elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR