Bank Of Baku

Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 24 aprel 2018 16:03 (UTC +04:00)

Şəmkirdə ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

 

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

 

İlkin məlumata görə, qəza nəticəsində Şəmkir sakini - 1990-cı il təvəllüdlü Ayaz Allahverdiyev, avromobilin sürücüsü, 1987-ci il təvəllüdlü Emin Məmmədov ölüb, 1998-ci il təvəllüdlü Elami Əmiraslanov, onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Əmiraslanov isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR