Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavinləri Elçin Şirinov, Adın Bəyişov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.
E. Behbudovun APA-ya verdiyi məlumata görə, onlar Biləsuvar, Masallı və Yardımlı polis şöbələrinin müvəqqəti saxlanma yerlərində olublar: “Biləsuvar və Masallıda saxlanılan şəxslərin əksəriyyəti narkotiklə bağlı tutulublar. Yardımlıda isə saxlanılan yoxdur. Qayda-qanuna əməl olunur. Hansısa bir nöqsan aşkar olunmayıb”.
E. Behbudov monitorinqin davam etdiyini də qeyd edib: “Lənkəran, Astara, Lerik rayon polis şöbələrinin də müvəqqəti saxlanma yerlərinə baş çəkib saxlanılan şəxslərlə maraqlanacağıq”.