QKDK “Caspian Financial Ltd”-nin lisenziyasını dayandırıb

QKDK “Caspian Financial Ltd”-nin lisenziyasını dayandırıb
# 04 iyul 2014 11:28 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 30 iyun 2014-cü il tarixində Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Caspian Financial Ltd” MMC-yə diler fəaliyyəti üçün verilən lisenziya dayandırılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın lisenziyalar qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR