Sabirabadda DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurs keçirilib

Sabirabadda DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurs keçirilib
# 25 avqust 2015 10:18 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar ikinci gündür davam edir.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq, təşkil edilən kurslar avqustun 26-da yekunlaşacaq.

Sabirabad şəhərindəki 63 saylı Sabirabad Seçki Dairəsində ikinci gündür ki, keçirilən kurslar rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili mövzusuna həsr olunub.

Seminar-kursda Sabirabad rayon Polis Şöbəsinin rəisi və şəhər İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR