Azərbaycanda əkin sahəsindən 33 ədəd tank əleyhinə raket tapılıb - FOTO

Azərbaycanda əkin sahəsindən 33 ədəd tank əleyhinə raket tapılıb - <span style="color: red;">FOTO
# 16 aprel 2015 08:50 (UTC +04:00)

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, 15.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkarlanan 33 ədəd “PQ-7” tipli idarə olunmayan tank əleyhinə raketin partlatma yolu ilə yerində zərərsizləşdirilməsi planlaşdırılır.

Hazırda ərazidə təmizləmə əməliyyatları icra olunur.

Bundan başqa, Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən “Limonluq” restoranının yaxınlığında (PHS) aşkarlanıb. Rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, 13.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirib, aşkarlanan 1 ədəd 130 mm-lik BR-482 model top mərmisi Ağstafa rayonu ərazisində yerləşən Mərkəzi Məhvetmə Ərazisinə daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR