Azərbaycan Şimal boru kəməri ilə neft ixracını 30% artırıb

Azərbaycan Şimal boru kəməri ilə neft ixracını 30% artırıb
# 19 noyabr 2015 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-oktyabr ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində sayğac göstəriciləri əsasında ümumilikdə 28 127 158,43 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,35% azdır.

Belə ki, ötən on ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 22 640 300,44 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 1,81% azdır.

Yanvar-oktyabr aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 0,40% az və ya 3 549 810,90 min ton, Şimal boru kəməri ilə isə 29,86% çox və ya 1 101 961,00 min ton xam neft ixrac edilib.

Ötən aylar ərzində dəmir yolu nəqliyyatı ilə 835 086,09 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,55% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR