Bakı-APA. Madriddə ABŞ səfirliyinin qarşısında ABŞ prezidenti Barak Obamanın İspaniyaya səfərinə qarşı etiraz aksiyası keçirilib.
APA-nın İspaniyanın ABC nəşrinə istinadən verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Ləyaqət Hərəkatı olub.
Aksiyada 300 nəfər iştirak edib. “Obama, evinə get!” şüarı ilə keçirilən aksiyada NATO və Transatlantik Ticarət-İnvestisiya Əməkdaşlığına qarşı da şüarlar səsləndirilib.
Qeyd edək ki, B. Obamanın Polşa və İspaniyaya səfəri 7-11 iyul tarixlərini əhatə edir.