«AGBank»ın rüblük mənfəəti kəskin artıb

«AGBank»ın rüblük mənfəəti kəskin artıb
# 24 aprel 2013 11:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 12,793 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 14,3% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 16,7% artaraq 11,232 mln. manata çatıb.

Nəticədə, ilk rüb ərzində bank 0,961 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 1,9 dəfə çoxdur.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 9,571 mln. manat, qeyri-faiz gəlirləri 3,222 mln. manat, faiz xərcləri 4,917 mln. manat, qeyri-faiz xərcləri isə 6,315 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 27,0%, qeyri-faiz zərəri isə 44,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR