Bakıda şadlıq evində partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır - YENİLƏNİB - VİDEO

Bakıda şadlıq evində partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 avqust 2014 20:24 (UTC +04:00)

Bu barədə məlumat APA-ya Əziz Əliyev adına Azərbaycvan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq bölməsindən verilib.

Hadisənin baş verdiyi “Sultan” restoranındə kababçı işləyən 1962-ci il təvəllüdlü Əhmədov Əlif Nuru oğluna bədəninin müxtəlif sahələrinin II-III dərəcəli termiki yanıqları diaqnozu qoyulub. Onun bədəninin təxminən 40 faizi yanıb. Digər yaralı 1993-cü il təvəllüdlü Comərdov Tural Telman oğlu isə ilkin tibbi yardımdan sonra ambulator müaəlicəyə göndərilib.

Şadlıq sarayından APA-ya verilən məlumata görə, partlayış mətbəxdə baş verib. Məişət qaz balonunun partlaması nəticəsində iki nəfər xəsarət alıb, restoranın fəaliyyəti müvəqqəti dayandırılıb.

**** 18.20

Bakı. Hafiz Heydərov – APA. Bakıda şadlıq evində partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb.

Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR