Kamran Əliyev: “Dələduzluq cinayətlərinin sayı artıb”

Kamran Əliyev: “Dələduzluq cinayətlərinin sayı artıb”
# 17 iyul 2014 07:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, dələduzluq cinayətlərinin əksəriyyəti qulluq mövqeyindən sui-istifadə etməklə törədilən cinayətlərdir: “Biz digər dövlət qurumları, Baş Prokurorluğun digər qurumları, eləcə də vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik. Əgər bu əməkdaşlıq olmasa, korrupsiyaya qarşı səmərəli mübarizə apara bilmərik”.


İdarə rəisi qeyd edib ki, “Qaynar xətt”ə daxil olan müraciətlərin sayında azalma müşahidə edilir: “Bu isə “ASAN xidmət” mərkəzlərinin açılması və digər xidmət sahələrini əhatə etməsi ilə bağlıdır. “Qaynar xətt”ə daxil olan məlumatların çoxu əsasən ümumi xarakter daşıyıb. Əvvəllər konkret rüşvət faktları ilə bağlı idisə, indi korrupsiyaya şərait yaradan səbəblər barədə olur. Belə bir tendensiyanın olması xəbər verir ki, biz daha çox digər sahələrdə, əsasən əməliyyat-axtarış qurumlarının fəaliyyətini təkmilləşdirməliyik”.

K. Əliyev idarəyə hüquq-mühafizə orqanlarından 38 material daxil olduğunu söyləyib: “Onlardan 7-si həmin dövlət qurumlarının öz əməkdaşları barəsində olub” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR