Nazir: “İndiki dövrdə xarici dil bilmək zəruridir”

Nazir: “İndiki dövrdə xarici dil bilmək zəruridir”
# 10 iyul 2015 12:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “İndiki dövrdə xarici dil bilmək zəruridir. Bu tədris ilindən Təhsil Nazirliyinin təşəbbüsü ilə xarici dil məcburi buraxılış imtahanlarına daxil edilib. Burada əsas məqsəd xarici dilin öyrənilməsinə təkan verməkdir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, xarici dillə bağlı müvafiq proqramlar İngiltərədən və digər ingilis dilli ölkələrdən olan təşkilatlarla birlikdə ümumtəhsil və ali məktəblərdə həyata keçirilir: “Təbii olaraq bu daimi prosesdir. Ümumilikdə mən hesab edirəm ki, bizim tələbələr hər zaman yeni biliklərə açıq olduğu üçün istənilən yeni xarici dili mənimsənilməsi hər hansı bir problem təşkil etmir. Burada əsas məsələ işin, metodikanın düzgün qurulmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR