Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 May
# 18 may 2015 17:06 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Yəmənin bombalanması İranın nüvə proqramına dair saziş imzalanana qədər davam edəcək. Bu, Səudiyyə Ərəbistanı liderliyində Körfəz ölkələrinin ABŞ-ın dəyişən İran siyasətinə etirazıdır. Həm də bu, ərəb dünyasının əlində olan tək etiraz formasıdır. Səudiyyə indiki məqamda neftin qiyməti ilə spekulyasiya etmək kartından istifadə edə bilmir. Çünki bazarda neftin qiymətini sərbəst şəkildə müəyyənləşdirmək onsuz da soyuqlaşmaqda olan ABŞ-Səudiyyə münasibətlərini daha da gərginləşdirmiş olar. İranın “OPEK neft hasilatını azalda bilməz” kimi arxayın bəyanatı da bu amilə hesablanır. Yəmənin taleyi ABŞ-İran-Səudiyyə üçbucağında həll olunur, bu üçbucağın İran-Səudiyyə tərəfində açıq qarşıdurma, ABŞ-Səudiyyə tərəfində soyuqlaşma, ABŞ-İran tərəfində isə normallaşma müşahidə olunur. Ağ Evin yaxın müddətli Yaxın Şərq planları Səudiyyə ilə İran münasibətlərini neytrlallaşdırmağa və Ər-Riyadın könlünü almağa hesablanıb. Ərəb ölkələrinə vahid raket hücumundan müdafiə sözü verən ABŞ eyni zamanda Səudiyyə və Qətərin ortaq layihəsi olan İŞİD-i İranın köməyi ilə zərərsizləşdirmək istəyir. Tehran isə İŞİD probleminin həllində hər kəsin ona ehtiyac duyduğunu anlayır və bu üstünlükdən “şiə qurşağını” möhkəmləndirmək üçün istifadə edəcək... Və Tehran bu istiqamətdə irəlilədikcə, Yəmənin bombardmanı davam edəcək... Dövrə qapanır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR