İran XİN başçısı Qüdsdəki hadisələrlə bağlı İslam ölkələrinə müraciət edib

İran XİN başçısı Qüdsdəki hadisələrlə bağlı İslam ölkələrinə müraciət edib
# 19 noyabr 2014 13:49 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN başçılarına açıq məktub ünvanlayıb.

APA-nın ”Fars News” agentliyinə istinadən verdiyi xəbərə görə, məktubda Qüds və Əl-Əqsa məscidi ilə bağlı hadisələr pislənilir, təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

M. Zərif Qüdsdə baş verən hadisələrin təxribat xarakterli olduğunu bildirib.

“İslam ölkələri təcili hərəkətə keçməlidir. İran Qüds və “Əl-Əqsa” məscidini müdafiə etmək üçün İslam ölkələri ilə birgə lazımi addımları atmağa hazırdır”, - deyə məktubda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR