Gürcüstan prezidenti 121 məhbusu əfv edib

Gürcüstan prezidenti 121 məhbusu əfv edib
# 21 noyabr 2014 12:09 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili 121 məhbusun əfv edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qərar müqəddəs Georgi bayramı öncəsi verilib.

Gürcüstanın Əfv üzrə dövlət komissiyasının sədri Zviad Koridze bildirib ki, 93 nəfər dərhal azadlığa çıxacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.

Əfv olunanlar arasında narkotiklərlə əlaqəli cinayətlərə görə həbs edilən şəxslər də var.

Xüsusi komissiya 752 işə baxıb, onlardan 350 müvafiq kriteriyalara cavab verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR