Azərbaycanda 51 mindən artıq şəxsə prezident təqaüdü təyin olunub

Azərbaycanda 51 mindən artıq şəxsə prezident təqaüdü təyin olunub
# 15 oktyabr 2014 11:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin oktyabrın 1-nə 51 100 nəfərə prezident təqaüdü təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği Azərbaycan prezidentinin müvafiq fərmanına əsasən bu ilin aprelin 1-dən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. Böyük Vətən Müharibəsi iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə bu il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, 17 mart 2014-cü il tarixli fərmanla I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara bu ilin aprelin 1-dən əlavə olaraq ayda 60 manat məbləğində Azərbaycan prezidentinin təqaüdü təyin olunaraq ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR