BDU Türkiyənin daha iki universiteti ilə müqavilə imzalayıb - FOTO

BDU Türkiyənin daha iki universiteti ilə müqavilə imzalayıb - <span style="color: red;">FOTO
# 11 aprel 2015 14:33 (UTC +04:00)

Bakı –APA. Qafqaz Universitetləri Birliyi tərəfindən təşkil edilən “Bakı KÜNİB 2015” təhsil sərgisinin açılış günləri çərçivəsində adıçəkilən Birliyə daxil olan universitetlərin rektorları bu gün Bakı Dövlət Universitetində (BDU) olublar. BDU mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov tanınmış alimlərin universitetə gəlişindən məmnunluq ifadə edib. BDU-nun beynəlxalq əlaqələrindən, dünyanın ən böyük təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açıb, BDU-nun Türkiyənin bir çox ali məktəbləri ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Rektor bugünkü görüşün əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaradacağını bildirib. 30-dək təhsil ocağının iştirakı etdiyi görüşdə onların bəziləri ilə əməkdaşlıq müqaviləsinin olduğunu deyən rektor bu gün daha iki universitetlə belə müqavilənin imzalanacağını diqqətə çatdırıb.

Çıxış edən Qafqaz Universitetləri Birliyinin sədri, Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz yenidən Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən bəhs edib.

Sonra Bakı Dövlət Universiteti ilə Türkiyənin Batman və Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb. Birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən əməkdaşlıq müqavilələrini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və adıçəkilən universitetlərin rektorları – Abdüsselam Uluçam və Muammer Yaylalı imzalayıblar.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi və Nanoaraşdırmalar laboratoriyasında olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR