Bakıda belçikalı rəssam Vim Delvuanın fərdi sərgisinin açılışı olub - FOTOSESSİYA

Bakıda belçikalı rəssam Vim Delvuanın fərdi sərgisinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 13 aprel 2015 20:35 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Fransa, Almaniya, Belçika və başqa ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak edib. Sərgi iştirakçıları əvvəlcə Vim Delvuanın Heydər Əliyev Mərkəzin binasında foyedə müxtəlif yerlərində nümayiş olunan “Nautilus”, “Dafnis və Xloya”, “Betonqarışdıran” əsəri ilə tanış olublar.

Mərkəzin direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, Heydər Əliyev Mərkəzi Vim Delvuanın fərdi sərgisini təqdim etməkdən məmnundur: “Bu məkan Azərbaycanın mədəniyyət mərkəzinə çevrilib. Biz Heydər Əliyev Mərkəzində müxtəlif sərgiləri, tədbirləri uğurla həyata keçiririk. Layihələrin təqdim olunmasında bizə kömək edən qalereyalara, kolleksionerlərə təşəkkür edirəm. Bu gün sizə gözəl bir sənətkarın əsərlərini təqdim etməkdən çox məmnunuq. Şadam ki, Vim Delvuanın sərgisi Heydər Əliyev Mərkəzində keçirilir”.

A. Ələkbərov tədbirin ərsəyə gəlməsində əməyi keçən səfirlik nümayəndələrinə, diplomatik korpusun əməkdaşlarına təşəkkürünü bildirib və əlavə edib ki, sərgidə 50-ə yaxın sənət əsəri nümayiş olunur: “İnanıram ki, hər kəs Heydər Əliyev Mərkəzinin təşkil etdiyi sərgidən pozitiv enerji ilə ayrılacaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, Vim Delvuanın əsərləri dünyanın bir neçə ölkəsində uğurla nümayiş olunub və bəzi əsərlər Heydər Əliyev Mərkəzinə Luvr Muzeyindən gətirilib”.

Sərginin açılışında çıxış edən Belçikanın Azərbaycandakı səfiri Karen Petit V. Delvuanın əsərlərinin Azərbaycanda nümayiş olunmasını əlamətdar mədəniyyət hadisəsi kimi qiymətləndirib: “Vim Delvuan məhz o rəssamlardandır ki, o, insanı təəccübləndirə bilir. Onun əsərləri bizi düşünməyə vadar edir. Düşündürmək incəsənət üçün vacib keyfiyyətdir. İnanıram ki, sərgi sizi də düşündürəcək və təəccübləndirəcək”.

Sərginin açılış mərasimində fikirlərini bölüşən rəssam Azərbaycanda növbəti dəfə olmaqdan məmnun olduğunu vurğulayıb: “Azərbaycan gözəl və möhtəşəm ölkədir. Bu ölkədə yaşayan şəxslərin enerjisinə heyranam. Çox istərdim ki, Azərbaycan vətəndaşlığını əldə edim. Sərginin məhz bu məkanda açılmağı mənim üçün xoşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və mərkəzin rəhbərliyinə təşəkkür edirəm ki, mənə belə bir imkan yaratdılar”.

Qeyd edək ki, V. Delvuan 1965-ci ildə Belçikada anadan olub. Rəssamın Luvr Muzeyində, Nyu York Yeni Muzeyində, Lion Müasir İncəsənət Muzeyində sərgiləri açılıb.

Sərgi sentyabrın 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR