Səhiyyə naziri dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb

Səhiyyə naziri dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb
# 29 may 2015 15:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunda səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Elmi Təhqiqat institutları, Bakı və bölgələrdəki tibb müəssisələrinin, habelə, Perinatal Mərkəz və bəzi özəl tibb müəssisələri rəhbərlərinin iştirak etdiyi kollegiya toplantısı iki əsas mövzuya - 1 iyun 2015-ci il tarixindən tətbiq ediləcək nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına dair, digəri isə Səhiyyə Nazirliyinə daxil olan ərizə və müraciətlərin müzakirəsinə həsr olunub.

İclasda səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin tərkibində əhalinin müraciətlərinin dinlənilməsi və qısa vaxt ərzində həll olunması baxımından yaradılmış E-səhiyyə xidmətinin işinin təşkilindən danışıb. Nazir çıxışında dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb. Nazir bir daha Səhiyyə Nazirliyinin ünvanına daxil olan çoxsaylı minnətdarlıq müraciətləri ilə yanaşı digər məktubların, o cümlədən, işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmaması, diqqətlə nəzərdən keçirilməsini, və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR