ABŞ dövlət katibi: “İran yaxın həftələrdə çətin qərarlar qəbul edə bilər”

ABŞ dövlət katibi: “İran yaxın həftələrdə çətin qərarlar qəbul edə bilər”
# 30 oktyabr 2014 16:35 (UTC +04:00)

Bakı – APA. İran yaxın həftələrdə çətin qərarlar qəbul edə bilər.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib.

C. Kerri qeyd edib ki, söhbət İranın nüvə proqramı ilə bağlı olan qərarlardan gedir.

“Biz çox ehtiyatlı olacağıq. Hər şey ekspertlərin tövsiyələrinə əsaslanacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramına qoyulacaq məhdudiyyətlərlə bağlı qərar noyabrın 24-dək qəbul olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR