Deputatın qətldə təqsirləndirilən qardaşı oğlunun məhkəmə istintaqı yekunlaşıb

Deputatın qətldə təqsirləndirilən qardaşı oğlunun məhkəmə istintaqı yekunlaşıb
# 25 iyul 2014 11:53 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bunun üçün məhkəmə avqustun 5-nə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR