ABŞ-da Azərbaycanın müstəqillik günü ilə bağlı bəyanat qəbul olunub

ABŞ-da Azərbaycanın müstəqillik günü ilə bağlı bəyanat qəbul olunub
# 18 oktyabr 2014 04:29 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqının təbrik olunduğu bəyanatda həmçinin 23 il əvvəl müstəqillik yolunu seçmiş Azərbaycanın artıq beynəlxalq aləmdə öz yerini tutduğu göstərilib, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycanın qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrinin qorunub saxlanması ilə məşhur olduğu açıqlanıb.

Bundan əlavə Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR