AŞPA qış sessiyasında yeni prezident seçəcək

AŞPA qış sessiyasında yeni prezident seçəcək
# 28 sentyabr 2015 14:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək.

APA-nın məlumatına görə, bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib. “2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır”, - deyə o, söyləyib.

AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR