Bank Of Baku

Səudiyyə Ərəbistanında naməlum şəxslər 4 polisi qətlə yetirib

Səudiyyə Ərəbistanında naməlum şəxslər 4 polisi qətlə yetirib
# 20 aprel 2018 05:14 (UTC +04:00)

 

 

Səudiyyə Ərəbistanında polis blok-postuna hücum nəticəsində üç polis əməkdaşı həlak olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Əl-Mücəridə və Barik rayonlarının kəsişməsində quraşdırılmış postda baş verib.     

 

Məlumata görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları hücumla əlaqəli şəxslərin bir neçəsinin kimliyini müəyyənləşdirib, onlardan ikisi saxlanılıb. Daha bir nəfər əməliyyat zamanı silahlı müqavimət göstərərək 5 polisi yaralayıb. Cavab atəşi ilə silahlı məhv etdirilib.  

 

Yaralı polislərdən biri xəstəxanaya aparılarkən yolda keçinib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR