Azərbaycanda türkiyəli iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Azərbaycanda türkiyəli iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 01 oktyabr 2014 11:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əllizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.


Qeyd edək ki, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Qaradağ rayonu Ələt qəsəbə sakini Rasim Əşrəf oğlu Məmmədov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR